• İş vaxtı: I-V günlər 09:00 - 17:00, VI günlər 09:00 - 14:00   Ünvan: Əhməd Rəcəbli 208, Nərimanov rayonu, Bakı
  • ANALİZ CAVABLARI

Patoloji Xidmətlərimiz

Ana səhifə Patoloji Xidmətlərimiz

Patoloji Xidmətlərimiz

Histopatoloji müayinələr

Mərkəzimizdə bütün növ orqan və toxumaların rutin histopatoloji müayinəsi tam avtomatlaşdırılmış laboratoriya şəraitində həyata keçirilir. Bunun üçün ilk əvvəl müayinəyə göndərilən toxuma nümunələrinin individual barkod vasitəsi ilə identifikasiyası təmin olunur. Sonra nümunələr mütəxəssislər tərəfindən adi gözlə müayinə edilərək toxumaların dəyişilmiş hissələri təyin edilir və həmin sahədən standart protokollar üzrə nümunələr alınır. Həmin nümunələr Almaniyanın Leica markalı cihazlarında müxtəlif növ əməliyyatlardan keçirilir və onlardan mikropreparatlar hazırlanır. Həkim-patoloqlarımız bu nümunələri mikroskop altında dəyərləndirib yekun rəyi hazırlayırlar. Mübahisəli hallarda həkimlərimiz bir nümunəni eyni anda 5 həkimin müayinə etməsinə imkan verən xüsusi çoxbaşlı mikroskop arxasında birlikdə müayinə edir. Rəylərimizdə istifadə olunan terminlər və rəy formatı beynəlxalq nomenklaturaya və standart protokollara əsaslanır.

Sitopatoloji müayinələr

Müxtəlif ölçülü toxuma və orqan nümunələri ilə yanaşı müxtəlif nahiyyələrdən alınmış bioloji mayelərin, yaxmaların, həmçinin iynə vasitəsi ilə alınan aspirasion biopsiyaların da müayinəsi mərkəzimizdə müvəffəqiyyətlə yerinə yetirilir. Mərkəzimizin sitopatologiya şöbəsində ənənvi konvensional yaxmalar ilə yanaşı cellspin, maye əsaslı sitologiya, hüceyrə bloku, sitokimya və immunsitokimya kimi müasir müayinə üsulları da böyük həssaslıqla yerinə yetirilir. Sadalanan üsullar məhdud miqdarda bioloji material ilə maksimal dərəcədə doğru nəticə əldə etməyi hədəfləyir və bəzən bu üsulların tətbiqi ilə iri ölçülü invaziv biopsiyaların alınmasına ehtiyac qalmır.

Histokimyəvi müayinələr

Bir sıra qaraciyər, böyrək, dəri və həzm sistemi xəstəliklərinin, həmçinin amiloidoz kimi bir sıra sistemşəkilli xəstəliklərin diaqnostikasında, bəzi infeksion agentlərin təyinində müstəsna rolu olan histokimyəvi müayinə mərkəzimizdə tətbiq edilən digər köməkçi üsullardan biridir. Təqribən 20 adda müxtəlif histokimyəvi təyinedici ilə xidmətinizdəyik.

İmmunhistokimyəvi müayinələr

Əsasən onkoloji xəstəliklərin diaqnostikasında mühüm rol oynayan, şişlərin mənbəyini, mərhələsini, aqressivliyini təyin etmək üçün geniş tətbiq edilən bu üsul mərkəzimizdə müasir avadanlıqlarla yüksək dəqiqliklə tətbiq edilir. 100-dən çox immuntəyinedici ilə xidmət göstərən mərkəzimizdə bir çox xəstəliyin təyini artıq daha sürətli və daha dəqiq olacaq.

Əməliyyatdaxili təcili konsultasiya (frozen section)

Əməliyyat zamanı cərrahlarda yaranan bəzi sulların cavablandırılması üçün mərkəzimizdə təcili konsultasiya xidməti fəaliyyət göstərir. Bu üsulun tətbiqi ilə 15-25 dəqiqə ərzində göndərilən nümunənin xarakteri haqqında ilkin fikir əldə etmək və cərrahi əməliyyatı bu rəyə uyğun şəkildə davam etdirmək mümkündür.

Hazır mikropreparat və bloklara təkrar baxış

Mərkəzimizdə birincili olaraq tətbiq edilən müayinələr ilə yanaşı başqa bir mərkəzdə müayinə eidlmiş biopsiya nümunələrinin təkrar baxışı, patoloji rəyin standart protokollara uyğun şəkildə hazırlanması da mütəxəssislərimiz tərəfindən həyata keçirilir.