• İş vaxtı: I-V günlər 09:00 - 17:00, VI günlər 09:00 - 14:00   Ünvan: Əhməd Rəcəbli 208, Nərimanov rayonu, Bakı
  • ANALİZ CAVABLARI

Xəbərlər

Ana səhifə Xəbərlər
“Sərhədsiz patoloqlar” cəmiyyətinin qurucusu Prof. Dr. Vincenzo Stracca BPM-nin qonağı oldu.

“Sərhədsiz patoloqlar” (Patologi oltre Frontiera) cəmiyyətinin qurucusu və prezidenti Prof. Dr. Vincenzo Stracca BPM-nin qonağı oldu.



“Sərhədsiz patoloqlar” (Patologi oltre Frontiera) cəmiyyətinin qurucusu və prezidenti, İtalyanın Bolonya şəhərində patologiya sahəsində fəaliyyət göstərən, hematopatologiya üzrə dünya şöhrətli alim Prof. Dr. Vincenzo Stracca BPM-nin qonağı oldu.

Mərkəzimizi ziyarəti zamanı cənab Stracca həkimlərimizə “Sərhədsiz patoloqlar” (Patologi oltre Frontiera) cəmiyyəti haqqında qısa məlumat vermiş və həkimlərimizin suallarını cavablandırmış, eyni zamanda mərkəzimiz ilə tanış olmuşdur. Cənab Stracca mərkəzimizi çox bəyəndiyini, burada patoloji xidmət üçün hər bir şəraitin olduğunu və hər zaman əməkdaşlıq etməyə hazır olduğunu dilə gətirmişdir.